AGFnin texniki direktoru seminar keçəcək

19.11.2024

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru və bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Natalya Bulanova seminar keçəcək. Bu barədə SİA-ya AGF-nin mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 6-7-də Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 10:00-da start götürəcək.

Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü 2025-2028-ci illər üçün yeni qaydalarla bağlı hakimlər üçün seminar təşkil edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью