Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almatı polisi biometrik videoanalitika sisteminə malik ağıllı eynəklərdən istifadə etməyə başlayıb.
Bizim.Media xəbər verir ki, artıq bu texnologiyanın köməyi ilə axtarışda olan bir kişi aşkarlanıb. O, şəhərdəki məscidlərdən birində müəyyən edilib.
Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qurum polis işində rəqəmsal həllərin tətbiqini davam etdirir. Yeni texnologiyalardan biri də genişlənmiş reallıq (AR) eynəkləridir. Bu eynəklər üzləri idarənin məlumat bazaları ilə operativ şəkildə müqayisə etməyə imkan verir.
Nazirliyin məlumatına görə, ötən gün sistem Almatıdakı məscidlərin birində Şımkənd polisinin təşəbbüsü ilə axtarışa verilmiş şəxsi müəyyən edib.
Məlumat yoxlanıldıqdan sonra həmin şəxs saxlanılıb və sonrakı prosessual tədbirlərin görülməsi üçün aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media