Ağıllı eynəklərin və süni intellektli cihazların istehsalı artacaq

30.01.2026

Icma.az, Reyting.az saytına istinadən bildirir.

"Meta" şirkəti ağıllı eynəklərin və süni intellektlə təchiz edilmiş cihazların istehsalını artıracaq.

Reyting.az xəbər verir ki, bunu "Meta" şirkətinin baş direktoru Mark Zukerberq 2025-ci ilin IV rübünə dair hesabatında bildirib.

Onun sözlərinə görə, son bir il ərzində ağıllı eynək və süni intellektlə təchiz edilmiş cihazların satışı üç dəfə artıb.

Milyarder deyib ki, istehlak elektronikası sürətlə böyüyür və inkişaf edir.

Məlumata görə, artıq dünyanın texnologiya nəhəngləri də ağıllı eynəklərə investisiyaları artırmağa başlayıblar.

Dünyada məşhur olan iki Amerika nəhəngi - "Google" ilə "Apple" şirkətlərinin də yaxın illərdə öz yeni modellərini təqdim edəcəyi gözlənilir.

Qeyd olunur ki, "Snap" şirkəti də yerli və dünya bazarında ağıllı eynəklər yarışına çıxmağa qərar versə də, yaxın illərdə "Meta" rəqibsiz işləyəcək.

Oqtay QORÇU


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью