Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq. Edinburq Universitetinin alimləri müəyyən ediblər ki, insanın uşaqlıq dövründə ölçülən i
"Unikal" xəbər verir ki, tədqiqatın nəticələri “Genomic Psychiatry” jurnalında dərc olunub.
Professor Devid Hill və Yan Diri rəhbərliyində aparılan araşdırma ilk dəfə sübut edib ki, zehni qabiliyyətlə uzunömürlülük eyni bioloji köklərə malikdir.
Mütəxəssislər uşaqlıqda intellekt səviyyəsi ölçülən 12 mindən çox insanın, həmçinin valideynlərinin ömür uzunluğu haqqında məlumat toplanan 390 min iştirakçının genetik məlumatlarını analiz ediblər.
Nəticələr göstərib ki, intellekt və uzunömürlülük arasında genetik əlaqə 0,35-dir, yəni zehni qabiliyyətlərə təsir edən genlərin təxminən üçdə biri həyat uzunluğu ilə də əlaqəlidir.
Alimlər intellektin irsiliyini 27%, uzunömürlülüyün isə 29% səviyyəsində qiymətləndiriblər.
Tədqiqatçılar vurğulayıblar ki, ölçmələrin uşaqlıq dövründə aparılması işin əsas üstünlüyüdür.
Əvvəlki iri miqyaslı epidemioloji tədqiqatlar da bu əlaqəni təsdiqləmişdi.