Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) dəmir yolu infrastrukturunun təhlükəsizliyi üçün xətlərin texniki vəziyyəti diaqnostika qatarı ilə mütəmadi yoxlanılır.
Müasir diaqnostika sistemləri ilə təchiz edilmiş qatar vasitəsilə relslər arasındakı məsafə, relslərin səviyyəsi, şpalların və bərkidicilərin vəziyyəti qeydə alınır. Elektrikləşmiş xətlərdə isə kontakt şəbəkəsinin texniki vəziyyəti xüsusi avadanlıqlar vasitəsilə nəzarətdə saxlanılır. Diaqnostika qatarının fəaliyyəti dəmir yolu infrastrukturunda mümkün nasazlıqların erkən mərhələdə aşkarlanmasına, operativ şəkildə aradan qaldırılmasına və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edir.
XQ