Ağıllı saatlar mobil cihaz hesab ediləcək

06.11.2026

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda ağıllı saatlar 20 manat aksiz vergisinə cəlb ediləcək

Ağıllı saatlar mobil cihaz hesab ediləcək və hər biri 20 manat aksiz vergisinə cəlb ediləcək. AYNA.AZ xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qeyd olunur ki, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Qanunla Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, mobil cihazlar aksizli malların siyahısına daxil edilib və hər birinə 20 manat aksiz vergisi tətbiq edilib.

Eyni zamanda, fiziki şəxslərin şəxsi istifadə üçün hər təqvim ili ərzində gömrük rüsumlarından azad olmaqla bir mobil cihaz idxal edə biləcəyi nəzərdə tutulub. Bu müddəalar 1 yanvar 2026-cı il tarixində qüvvəyə minib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью