Ağır Cinayətlər Məhkəməsinə üç hakim ezam olunub

17.03.2025

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bakı Ağır Cinayətlər Məhkəməsinə üç hakim ezam edilib.
Reyting.az
xəbər verr ki, iş yükünün ağırlaşması səbəbindən belə qərar qəbul edilib.
Yeni hakimlər Yasamal Rayon Məhkəməsindən Kamil Əliyev, Sabunçu Rayon Məhkəməsindən Nigar İmanova və Quba Rayon Məhkəməsindən Vüqar Seyidovdur.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev bir müddət əvvəl vəfat edib. Təqaüd yaşı çatdığından hakimlər-Azad Məcidov, Novruz Kərimov və Rasim Sadıxovun da icraatına artıq iş verilmir. Digər hakim Səbinə Məmmədzadə isə analıq məzuniyyətinə çıxıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью