Icma.az, Kulis.az portalına istinadən məlumat yayır. Bu gün yazıçı Əkrəm Əylislinin doğum günüdür.Kulis.az bu münasibətlə müəllifin "Ağır da
Ramiz Rövşənə 1 Bu dünyanın saysız-hesabsız hikmətlərindən buzbulaqlı Kəblə Salman kişiyə bir də o hikmət məlum idi ki, sərin çeşmə suyunda
Payız tətili günlərində Gənc Tamaşaçılar Teatrının repertuarı Bu barışı dünyaya yay...
- Günün mahnısı “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə İşləyib yorulanda və bir işi düz gətirməyəndə özünü çeşməyə verib əl-üzünü yumaq Kəblə Salman kişinin çoxdankı adəti idi.
Bundan əlavə sərin suya ehtiyac hiss eləyəndə onun arabir, hətta gecələr də yuxudan durmağı var idi.
Bu da, əsasən, Kəblə Salman kişinin necə yatmağından və nə təhər yuxular görməyindən asılı idi.
Yuxuda bir pis şey görəndə Kəblə Salman kişi gecənin vaxtına-vədəsinə baxan deyildi; onun öz mülkündəcə öz sərin çeşməsi vardı və neçə illərdən bəri o çeşmənin suyu Kəblə Salman kişinin bircə Allah bilir ki, nə qədər pis yuxusunu arx aşağı axıtmışdı.
Vaxt keçdikcə, yaş artdıqca Kəblə Salman kişinin pis yuxularının da sayı artırdı, bir gecə kənddə kolxoz söhbəti başlandı və o gündən etibarən Kəblə Salman kişi əl-üzünü yumağın sayını-hesabını tamam itiridi.