Ağır kəllə beyin travması alan Şumaxerlə bağlı xəbər var FOTO

26.01.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Formula-1" üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin səhhətində müsbət irəliləyiş qeydə alınıb.

Milli.Az xəbər verir ki, o, artıq yataq xəstəsi deyil. Əfsanəvi pilot hazırda Mayorka dağ silsiləsindəki malikanəsindədir.

Almaniyalı sabiq sürücü tibb bacısı və terapevtin köməyi ilə əlil arabasında hərəkət edə bilir.

Xatırladaq ki, 57 yaşlı Şumaxer 2013-cü ildə peşəkar karyerasını bitirdikdən sonra Alp dağlarında xizək sürərkən ağır kəllə-beyin travması alıb. Uzun müddət yataq xəstəsi olan və süni tənəffüs aparatına qoşulan sabiq pilotun son vəziyyəti barədə məlumatlar gizli saxlanılırdı.

Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью