Icma.az, Fanat saytına istinadən bildirir.
Bu gün Misli Premyer Liqasında 13-cü tur yekunlaşıb.
Fanat.Az xəbər verir ki, son gündə iki oyun keçirilib.
Turun son matçı Qəbələdə baş tutub. Şəhərin eyniadlı komandası “Araz-Naxçıvan”ı məğlub edib.
Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı Elmar Baxşıyev öz fikirlərini jurnalistlərlə bölüşüb.
"Ağır məğlubiyyət oldu. Rəqibin təzyiqini düşündüyümüzdən daha çox hiss etdik. İki fərqli hissə keçirdik.Birinci hissədə nəzarət tərəfimizdə idi, amma fasilədən sonra bu üstünlüyümüzü itirdik.
Komanda olaraq toparlanmalı, silkələnməliyik ki, gələcək oyunlarda daha yaxşı nəticə qazanaq".