Ağır məğlubiyyətdən sonra baş məşqçi klubdan göndərildi

02.02.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağır məğlubiyyətdən sonra baş məşqçi klubdan göndərildi

İtaliya A Seriyasında çıxış edən "Verona" klubu baş məşqçisi ilə yollarını ayırıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın çalışdırıcısı Paolo Zanetti tutduğu vəzifədən azad edilib.

Rəhbərlik 2024-cü ilin yayından komandanı çalışdıran 43 yaşlı mütəxəssislə müqaviləyə xitam verib. Bu qərara səbəb olaraq "Verona"nın son turda "Kalyari"yə 0:4 hesabı ilə məğlub olması göstərilib.

Qeyd edək ki, komanda son 8 oyunda cəmi 2 dəfə məğlubiyyətdən qaça bilib. Bundan başqa, klub 23 turdan sonra cəmi 14 xalla turnir cədvəlinin sonuncu, 20-ci pilləsində qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью