Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şahbuzda ağır qəza baş verib.
Moderator.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Gömür kəndində qeydə alınıb.
Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb.
Qəza nəticəsində Şərur rayonunun Oğlanqala kənd sakinləri - 1975-ci il təvəllüdlü Nazim Abdullayev, onun qızı, 2017-ci il təvəllüdlü F.Abdullayeva və 2006-cı il təvəllüdlü Pərvin Şıxəliyev həlak olublar.
Daha 9 nəfər - 2025-ci il təvəllüdlü V.Şıxəliyeva, 2025-ci il təvəllüdlü R.Abdullayev, 2004-cü il təvəllüdlü Nəzrin İsmayılova, 2025-ci il təvəllüdlü U.İsmayılov, 1985-ci il təvəllüdlü Sərraf Abdullayev, 2010-cu il təvəllüdlü Ceyran Abdullayeva, 2016-cı il təvəllüdlü F.Şıxəliyeva, 1983-cü il təvəllüdlü Vüsalə Abdullayeva və 2014-cü il təvəllüdlü G.Şıxəliyev xəsarət alıblar.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.