Ağır qəza: nəvə öldü, baba xəstəxanaya yerləşdirildi

15.11.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib.

Axar.az xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili arabaya çırpılıb. Qəza zamanı arabada olan 52 yaşlı Ələmdar İsmayılov və onun nəvəsi 6 yaşlı Əziz Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью