Ağır qəza oldu 3 nəfər öldü, 2 yaralı var

21.10.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Şəkidə baş verən ağır qəzada 3 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan KIA və VAZ-2107 markalı avtomobillər toqquşub. Qəza zamanı avtomobillərdə olanlardan 3 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində həlak olub. Daha iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardımlar göstərilir.

Ölən və yaralanan şəxslərin kimlikləri dəqiqləşdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью