Ağır QƏZA: Ölənlər var FOTOlar

20.11.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  qəza Gəncə-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq, divara çırpılması nəticəsində sərnişin qismində olan, 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Əhliman Abdi Ramiz oğlu aldıqları xəsarətdən hadisə yerində həyatlarını itiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью