Ağır qəza: qardaşın biri öldü, biri xəsarət aldı

30.04.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Sabirabadda avtomobilin aşması nəticəsində qardaşlardan biri ölüb, digəri xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Çiçəkli kəndində qeydə alınıb.

Belə ki, “Priora” markalı avtomobil hərəkətdə olarkən qarşısına mal-qara şıxıb. Sürücü avtomobili heyvanlardan yayındıran zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə zamanı rayonun Cəngan kənd sakinləri; 1998-ci il təvəllüdlü Məmmədov Raqif Telman oğlu və qardaşı, 2000-ci il təvəllüdlü Məmmədov Elşad Telman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

E.Məmmədov ağır xəsarətlər aldığından həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью