Ağır qəza: Yaralılar var FOTOLAR

01.10.2025

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan şəhərində zəncirvarı qəza olub, 4 nəfər xəsarət alıb.

Hurriyyet.Az xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində baş verib.

Qəza zamanı iki "VAZ 2107", "Raf" və "NAZ-Lifan" markalı avtomobillər toqquşub.

Zəncirvarı qəzada 4 nəfər xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.(apa)

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью