Ağır qəza: YPX maşını BMV ilə toqquşdu Video

01.01.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Bakı-Sumqayıt yolunda, DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkələrdə yayımlanıb.

Hadisə şahidlərinin sözlərinə görə, Yol Patrul Xidmətinə (YPX) məxsus BMV markalı avtomobillə 10-TM-138 dövlət nömrə nişanlı BMV markalı maşın toqquşub.

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb. Lakin yaralıların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью