Ağır QƏZA: YPX maşını BMW ilə TOQQUŞDU VİDEO

01.01.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı-Sumqayıt yolunda, DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkələrdə yayımlanıb.

Hadisə şahidlərinin sözlərinə görə, Yol Patrul Xidmətinə (YPX) məxsus BMW markalı avtomobillə 10-TM-138 dövlət nömrə nişanlı BMW markalı maşın toqquşub.

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb. Lakin yaralıların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu verilib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью