Ağır qəzada ölənlərin sayı 3ə çatdı FOTO

11.01.2025

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2 həftə əvvəl Beyləqanda baş vermiş dəhşətli qəzada ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan Sənan Məmmədov da dünyasını dəyişib.

Qeyd edək ki, hadisə vaxtı Elşən Səfərovun idarə etdiyi "KamAZ" markalı avtomobillə qarşıdan gələn “VAZ” markalı avtomobil toqquşub.

Nəticədə minik avtomobilində olan Elşən Qarayev və Elqayım Məhərrəmov hadisə yerində ölüb, Sənan Məmmədov isə ağır xəsarət almışdı.

Faktla bağlı cinayət işi başlanılıb.

Dünyasını dəyişən Sənan Məmmədovun fotosu:

Taleh

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью