Ağır qəzada ölənlərin sayı ARTDI YENİLƏNİB FOTO | Icma.az
Icma.az, Milli.az portalına istinadən məlumat yayır. Mingəçevirdəki qəzada xəsarət alan azyaşlı ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Adəm Həbliyevi xilas etmək mümkün olmayıb.
--------- 14:19 Xəbər verdiyimiz kimi, Mingəçevirdə baş vermiş ağır yol qəzasında 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, yol qəzasında yaralananlardan biri keçmiş N saylı taborun komandiri və Vətən Müharibəsi iştirakçısı Əlzamin Mirzəyevdir.
Hazırda təqaüddə olan mayor Mirzəyevin qəzada çiyin çanaq sümüyü sınıb.
Eyni zamanda maşında olan həyat yoldaşı Xəyalə Mirzəyeva da xəsarət alıb.
-------- 09:18 Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.
Milli.Az report-a istinadən xəbər verir ki, "Mercedes Vito" markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən çıxaraq aşıb.
Tam oxu
Xəbəri oxu