Ağır qəzada yaralananların vəziyyəti açıqlandı

15.02.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yevlaxda baş verən ağır qəza zamanı yaralananların vəziyyəti məlum olub.

Bu barədə TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 15.02.2025-ci il tarixində saat 01:10 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2-si qadın cinsli, 2-si kişi cinsli) hospitalizasiya olunub.

"Müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq tibb müəssisələrinə yerləşdiriliblər. Onların müalicələri davam etdirilir. Hazırda 2 nəfərin vəziyyəti ağır, digərlərinin isə stabil qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Yevlaxda "Kia" markalı minik avtomobilinin aşması 4 nəfərin xəsarət alması ilə nəticələnib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью