Ağır qəzanı törədən sürücülərin kimliyi bəlli oldu

23.11.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Noyabrın 22-si axşam saatlarında baş verən qəzanı törədən sürücülərin kimliyi məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə,qəza zamanı Quba sakini, 25 yaşlı Rafiq Məmmədovun idarə etdiyi "QAZ-31-105"markalı avtomobillə rayonun Üçgün kənd sakini, 36 yaşlı Roman Əlixanovun idarə etdiyi "Vaz-21099"markalı avtomaşın toqquşub.
Qəzanın baş vermə səbəblərini Xaçmaz rayon polis şöbəsi araşdırır.
 

Xatırladaq ki, ötən gün saat 21:30 radələrində Xaçmaz-Quba yolunun rayonun Armudpadar kəndindən keçən hissəsində QAZ-3110 markalı avtomobillə VAZ-21099 markalı avtomobil toqquşub. Nəticədə VAZ-21099 markalı avtomobildə olan bir ailənin 5 üzvü xəsarət alıb.


Ümumilikdə, hadisədən sonra 7 nəfər tibbi yardım üçün xəstəxanaya müraciət edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью