Ağır TƏYYARƏ QƏZASI ÖLƏNLƏR VAR YENİLƏNİB

13.06.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Hindistanın Assam ştatındakı "Corhat" aviabazasına eniş etməyə çalışan "AN-32" hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) beş hərbi qulluqçusu həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb. Bildirilib ki, ikinci pilot sağ qalıb və hazırda müalicə olunur.
"Hindistan Hərbi Hava Qüvvələri qəzanın başvermə səbəblərini araşdırmaq üçün istintaq komissiyası yaradıb", - deyə HHQ rəsmiləri qeyd ediblər.
***
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "An-32" hərbi-nəqliyyat təyyarəsi ölkənin şimal-şərqində yerləşən Assam əyalətindəki "Corhat" aviabazasında eniş edərkən qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "The Times of İndia" məlumat yayıb.
Ölən və yaralananlar barədə hələlik rəsmi məlumat verilmir. Hadisə yerinə xilasedici qruplar cəlb olunub və müvafiq tədbirlər həyata keçirilir. Hindistan Hərbi Hava Qüvvələrindən bildirilib ki, qəzanın səbəblərini və təfərrüatını dərindən araşdırmaq məqsədilə xüsusi istintaq komissiyası yaradılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью