Ağır vəziyyətdə xəstəxanaya gətirilən körpə vəfat etdi

18.07.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncədə 1 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə Birləşmiş Uşaq Xəstəxanasında ölüm faktı qeydə alınıb.
Körpə Tərtər rayonundan ağır vəziyyətdə Gəncəyə gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq bir yaşlı  J. T.-nin həyatını xilas etmək mümkün olmayıb.  
Azyaşlının ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью