Icma.az, Baku.ws portalına istinadən məlumat yayır. 62 yaşlı Hacıqabul rayon sakini Zəminə Məmmədova həm şəkər, həm da ağır böyrək xəstəsidi
Onun vəziyyəti bir ay əvvəl ağırlaşdığı üçün yaxınları Hacıqabul Rayon Xəstəxanasına aparıblar.
Xəstəxanada onun ilkin müayinəsi aparıldıqdan sonra xəstənin paytaxta aparılması tövsiyə edilib.
Yaxınları iddia edir ki, onlar paytaxtdakı xəstəxanalara üz tutsalar da, Zəminə Məmmədova yataq xəstəsi olduğu üçün onu qəbul etməyiblər.
Onlar Şirvan Rayon Xəstəxanasında da eyni aqibətlə rastlaşıblar.
"Hacıqabul rayon sakini, 62 yaşlı Zəminə Məmmədova Hacıqabul Rayon Mərkəzi xəstəxanasında 11 gün stasionar müalicə alıb".
Bu məlumat Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Qeyd olunub ki, Hacıqabul rayon sakini 1962-ci il təvəllüdlü şəxs (qadın cinsli) 14.11.2024-cü il tarixində dəqiqləşdirilməmiş hemoturiya diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi xəstəxanasına müraciət edib və həmin xəstəxanada 11 gün stasionar müalicə alıb.