Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Məşhur amerikalı aktyor Brüs Uillisin həyat yoldaşı Emma Heminq etiraf edib ki, əri hələ də də ağır diaqnozundan xəbərsizdir.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, "Die Hard" filminin ulduzu bir neçə ildir frontotemporal demensiya xəstəliyindən əziyyət çəkdiyini bilmir.
"Düşünürəm ki, bu həm bir nemət, həm də bir lənət idi ki, Brüs heç vaxt diqqət yetirməyib. O, bu xəstəliyin mövcudluğunu heç vaxt anlamayıb. Və mən çox şadam ki, o, bundan xəbərsizdir. Hər halda, bu vəziyyətin xüsusi bir termini var, belə diaqnozu olan insanlarda rast gəlinən nevroloji vəziyyət – "anoqnoziya", yəni beyin baş verənləri tanıya bilmir. Bu xəstəliyin bir hissəsidir", deyə Emma Heminq "Conversations With Cam Podcast" podkastında bildirib.
Qeyd edək ki, 2022-ci ildə Brüsə əvvəlcə afaziya diaqnozu alıb və aktyorluq karyerasını dayandırıb. Bir il sonra həkimlər onun frontal-temporal demensiya diaqnozunu təsdiqləyiblər – nadir xəstəlik olub, beyində davranış, dil və şəxsiyyətlə bağlı sahələrə təsir edir.
Həyat yoldaşı 70 yaşlı ulduzu daim dəstəkləyir və xəstəliyi belə izah edir:
"Çox kədərlənirsən, elə bilirsən ki, artıq daha çox kədərlənə bilməzsən, amma bilirsən ki, demensiya irəliləyir və davam edir. Hələ də yaşayan birinə görə kədərlənmək çox çətindir. Bilirsiz, bu təbii deyil. Çox qəribə bir şeydir".
Aydın