Ağır xəstəliklə mübarizə aparan körpənin atası: Xalqıma yalvarıram, səsimi eşidin, balam ölməsin

05.06.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

3 yaşlı körpənin sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Vəli Behbudov məlumat verib.

O bildirib ki, Ömər qan xərçəngi ilə mübarizə aparır:

"Ömər 6 aydır ki, bu xəstəlikdən əziyyət çəkir. Ayaqları ağrıyırdı. Axsaması var idi. Getdik diaqnoz qoyuldu. Kəskin leykozdan müalicəsi başladı. Aylıq 4 min manat xərcimiz çıxır. Mənim Ömərdən başqa bir qızım da var. O, 5 aylıqdır. Artıq nə yeməyi, nə balalarımın xərcini, nə müalicəni aparmağa maddi gücüm qalmayıb. Tükənmiş vəziyyətdəyəm. Xalqımdan xahiş edirəm balama kömək olsunlar. Bir ata olaraq yalvarıram, səsimi eşidin. Həftədə 2 dəfə balam kimyaterapiya olunur. Artıq 10 min manatdan çox pul xərcləmişik".

Əlaqə nömrəsi: 051 665 77 23

Kapital bank: 4169 7388 3125 1214

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью