Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. 10 aylıq Çinarənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Fatma Qənbərova məlumat verib.
O bildirib ki, övladı fevralın üçü üzərinə qaynar çaydan aşıraraq ağır yanıq xəsarətləri alıb.
"Çinarə 10 aylıqdır, biz Neftçalada yaşayırıq. O, fevralın üçü iməkləyərək elektrik çaydanının naqilini dartaraq suyu üzərinə aşırıb.
Həmin gün xəstəxanaya yollansaq da, qızımın vəziyyəti ağır olduğu üçün bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər.
Orada iki aya yaxın müalicə alsaq da, artıq evimizə geri gəlmişik". Gənc ana övladının müalicəsi üçün dəstək istəyib.
"İnanın, Bakıdan geri gəlmək üçün belə borc almışıq. Əlimizdə olan bütün pul tükənib. Ancaq qonum-qonşunun dəstəyi ilə nəsə edə bilirik.
Nə yemək almağa, nə dərman almağa pulumuz qalıb. Hazırda çox ağır vəziyyətdəyik. Çinarənin yaralarını bağlamaq üçün bint, maz almalıyıq.