Ağır yanıq xəsarətləri alan Nərmin yenidən əməliyyat olunmalıdır

31.01.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Üç yaşlı Nərmin ehtiyatsızlıqdan yanıb.

Bu barədə Oxu.Az-a onun anası Mələk Seyidova məlumat verib.

O bildirib ki, övladı fevralın 26-da ağır yanıq xəsarətləri alıb:

"Biz rayonda yaşayırıq, fevralın 26-da Nərmin oynayarkən masaya ilişdi, qaynar çaydanı üstünə dağıtdı. Həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq".

Mələk Seyidova əlavə edib ki, övladı əməliyyat olunub:

"Övladım bir neçə əməliyyat keçirdi. Evə buraxılan gündən sizin oxucuların dəstəyi ilə müalicələrini edə bilirik. Nərmini yenidən Bakıya əməliyyat üçün aparmalıyıq. Bunun üçün isə bizim 1 200 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 415-60-54

"Bank Respublika": 5235 2222 3664 8230.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью