Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Doqquz yaşlı Şəlalənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var. Bu barədə Oxu.Az-a onun anası Nuranə Abdullayeva məlumat verib.
O bildirib ki, övladı fevralın 12-də ağır yanıq xəsarətləri alıb: "Şəlalənin doqquz yaşı var.
O, fevral ayında üzərinə qaynar su töküldüyü üçün ağır yanıq xəsarətləri alıb.
Biz həmin zaman Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Orada bir müddət müalicə aldıq, sonra əməliyyat olundu.
Evə çıxdıqdan sonra isə Şəlalənin müalicələrini sizin saytın izləyicilərinin dəstəyi ilə davam etdirə bilirik".
Nuranə Abdullayeva bildirib ki, övladının yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var: "Şəlalənin yaraları böyük olduğu üçün mazları və dərmanları çox tez bitir.
Hazırda mazlarımızı və dərmanlarımızı almaq üçün 800 manata ehtiyacımız var.