Ağır yol nəqliyyat hadisəsi baş verib, 4 ölü, 6 yaralı VİDEO

13.02.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Kahramanmaraş bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə fevralın 13-də gündüz saatlarında  Pazarcık rayonunun Eğrice məhəlləsində qeydə alınıb.

Məlumata görə,  N.İ. (18) idarə etdiyi 27-AY-891 dövlət nömrə nişanlı "Tofaş" markalı minik avtomobili,  Y.Ç. (65) idarə etdiyi 27-V-4492 dövlət nömrə nişanlı "Fiat"la toqquşub.

Zərbənin təsirindən hər iki maşın deformasiyaya uğrayıb.

Qəza nəticəsində 4 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Yaralılar hadisə yerinə cəlb olunan ambulanslarla xəstəxanaya aparılıblar.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью