Ağır yol qəzası: Xeyli sayda insan...

05.02.2025

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tailandda avtobusun ağaca çırpılması nəticəsində ağır yol qəzası baş verib.

News24.az bildirir ki, turist avtobusunun ağacla toqquşması nəticəsində 35 nəfər xəsarət alıb.

Avtomobil  gecə saatlarında Çianq May şəhərindən turistləri Banqkoka aparırmış. Yolda olarkən sürücü idarəetməni itirib və avtobus qarşıdakı hərəkət zolağına çıxıb, daha sonra isə yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində iki Tailand vətəndaşı ciddi xəsarətlər alıb. Onlardan biri toqquşma zamanı avtomobilin ön oturacağında olub. İnternetdə yayımlanan fotolardan görünür ki, avtobusun ön hissəsi daha çox zədələnib. Ümumilikdə isə qəza nəticəsində 35 nəfər xəsarət alıb.

Zəhraxanım

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью