Ağır yol qəzasında 1 nəfər öldü, 2 nəfər yaralandı

08.10.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin Konya şəhərində ağır yol qəzası baş verib.

Avtosfer.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Konyanın Beyşehir rayonunda yük maşını ilə pikapın toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerinə tibb və jandarma qrupları cəlb edilib.

Həkimlər sürüclərdən birinin öldüyünü müəyyən ediblər.

Yaralılar təcili yardımla Beyşehir Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə əlaqədar yollarda hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.(ehuquq.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью