Ağır yol qəzasında 6 nəfər öldü

12.06.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Rusiyanın İrkutsk vilayətində ağır yol qəzası baş verib, nəticədə 6 nəfər ölüb.

Avtosfer.az-ın Rusiya Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında Çeremxovo-Qolumet-Onot avtomobil yolunun 28-ci km-də, Alarski rayonunun Nıqda kəndi yaxınlığında baş verib.

İlkin məlumata görə, “Lada Qranta” markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan mini traktorla toqquşub. Nəticədə traktorun sürücüsü və 4 sərnişini hadisə yerində dünyasını dəyişib.

Minik avtomobilinin sürücüsü təcili yardım maşınında dünyasını dəyişib.

Hadisənin başvermə şəraiti müəyyənləşdirilir, araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью