Ağır zədə aldı, 28 yaşında futbolla vidalaşdı

25.08.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Ağır zədə aldı, 28 yaşında futbolla vidalaşdı

Keçmiş “Sanderlend” futbolçusu 28 yaşında peşəkar karyerasını başa vurub.

QOL.az xəbər verir ki, söhbət “Sanderlend” akademiyasının yetirməsi Hümədən gedir.

Futbolçu ötən mövsüm məşq zamanı baş verən toqquşma nəticəsində kəllə sümüyündən sınıq və beyinə qanaxma alıb. Uzun müddət müalicə və bərpa prosesi keçən 28 yaşlı oyunçu mütəxəssis həkimlərin tövsiyəsindən sonra karyerasını davam etdirməmək qərarına gəlib.

Hüm sosial şəbəkə hesabında yayımladığı açıqlamada bildirib:

"28 yaşımda belə bir açıqlama verəcəyimi heç vaxt düşünməzdim. Lakin mütəxəssis həkimlərin tövsiyəsindən sonra peşəkar futbolçu karyeram başa çatıb. Ötən mövsüm aldığım kəllə sınığı və beyinə qanaxmadan sonra keçən aylar ərzində bu vəziyyəti qəbul etməyə və sevdiyim işə qayıtmağın yolunu tapmağa çalışdım. Təəssüf ki, bu mümkün olmayacaq".

Qeyd edək ki, Hüm karyerası ərzində “Sanderlend”, “Portsmut”, “Qrimsbi Taun” və “Flitvud”un heyətində ümumilikdə 188 rəsmi oyun keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью