Ağırlıqqaldıranımız Bəhreyndə keçirilən dünya çempionatında iştirak etdi Yeni Çağ Media | …
Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov (73 kq) Bəhreynin paytaxtı Manama şəhərində keçirilən dünya çempionatında iştirak edib.
Yenicag.az xəbər verir ki, B qrupunda yarışan atletimiz birdən qaldırma hərəkətində 150 kq nəticə ilə dördüncü olub.
Təkanla qaldırma hərəkətində 178 kq ağırlığı başı üzərinə qaldıran Rüstəmov bu dəfə də eyni pilləni tutub.
O, toplam çəkidə 328 kq (150+178) nəticəyə imza ataraq B qrupunu dördüncü yerdə başa vurub.
Qeyd edək ki, 73 kq çəki dərəcəsində yekun sıralama A qrupunda yarışan idmançıların çıxışlarından sonra bəlli olacaq.
www.yenicag.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu