Ağırlıqqaldıranımız dünya çempionatında 4cü olub İdman və Biz

09.12.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 5-də Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatı edir.

İdman.biz xəbər verir ki, bu gün Azərbaycan yığma komandasının idmançısı İsa Rüstəmov (73 kq) körpücük üzərinə çıxıb.

B qrupunda yarışan atletimiz birdən qaldırma hərəkətində 150 kq nəticə göstərərək 4-cü olub. Təkanla qaldırma hərəkətində isə 178 kq ağırlığı başı üzərinə qaldıran Rüstəmov bu dəfə də 4-cü yerdə qərarlaşıb. Təmsilçimiz toplam çəkidə 328 kq (150+178) nəticəyə imza ataraq B qrupunu 4-cü yerdə başa vurub.

Qeyd edək ki, 73 kq çəki dərəcəsində yekun sıralama A qrupunda yarışan idmançıların çıxışlarından sonra bəlli olacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью