Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında Azərbaycan təmsilçisi İsa Rüstəmov fərqlənib.
"Unikal" xəbər verir ki, 73 kq çəki dərəcəsində B qrupunda mübarizə aparan Rüstəmov birdən qaldırma hərəkətində 150 kq nəticə ilə, təkanla qaldırma hərəkətində isə 178 kq ağırlıqla 4-cü yeri tutub.
Ümumilikdə, 328 kq (150+178) çəkini toplayan idmançımız B qrupunu 4-cü pillədə başa vurub.
Qeyd edək ki, 73 kq çəki dərəcəsində yekun nəticələr A qrupunda yarışan atletlərin çıxışlarından sonra müəyyənləşəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.