Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Moderator.az xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.
Məlumata görə, "Tofaş" və "Opel" avtomobillərinin toqquşması zamanı 3 nəfər hadisə yerində ölüb, iki nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Hadisə zamanı ölən şəxslər 1994-cü il təvəllüdlü Sənan Dərgahquliyev, onun yazyaşlı oğlu və azyaşlı bacısı oğludur.
Faktla bağlı araşdırma başlanılıb.