Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Limonlu su ilə ağızı yaxalamaq diş minasına zərər verə, bu prosedurdan dərhal sonra dişləri fırçalamaq isə zədələnməni daha da artıra bilər.
Redaktor.az xəbər verir ki, bu barədə stomatoloq Rita Kruz de Souza xəbərdarlıq edib.
Mütəxəssis bildirib ki, limon şirəsinin yüksək turşuluğu diş minasının səth qatındakı mineralların azalmasına səbəb olur. Turşu ilə müntəzəm təmas diş minasını daha həssas edir və eroziyanın yaranmasına şərait yarada bilər.
Stomatoloqun sözlərinə görə, limonlu su ilə ağız yaxaladıqdan dərhal sonra dişləri fırçalamaq da təhlükəlidir. Belə halda diş minasının yumşalmış səthinə mexaniki təsir göstərilir və bu, zədələnməni artıra bilər.
Rita Kruz de Souza ağız qoxusunu aradan qaldırmaq üçün soda məhlulundan istifadəyə də münasibət bildirib. Onun sözlərinə görə, soda müəyyən antimikrob xüsusiyyətlərə malik olsa da, ağızdan gələn xoşagəlməz qoxuya səbəb olan maddələri və problemin əsas mənbəyini aradan qaldırmır.
“Soda məhlulundan istifadə ağız boşluğunun tam gigiyenasını və ağız qoxusuna səbəb ola biləcək xəstəliklərin müalicəsini əvəz etmir”, - deyə mütəxəssis vurğulayıb.
Stomatoloq həmçinin duzlu su ilə ağız yaxalamağın xoşagəlməz ağız qoxusuna qarşı effektivliyini təsdiqləyən kifayət qədər elmi sübutun olmadığını qeyd edib. Mütəxəssislər ağız qoxusunun davamlı olduğu hallarda problemi yalnız xalq üsulları ilə aradan qaldırmağa çalışmamağı, səbəbin müəyyənləşdirilməsi üçün stomatoloqa müraciət etməyi tövsiyə edirlər.
NURİYYƏ