Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Stomatoloq-cərrah Minko Dental Clinic-in baş həkimi Vyacheslav Minko diş və damaq problemlərini göstərən bir neçə əlaməti açıqlayıb.
Redaktor.az xəbər verir ki. həkim bu barədə lenta.ru-ya danışıb.
Minkonun sözlərinə görə, ilk təhlükə siqnalı tez-tez yaranan ağız quruluğudur. Ağız quruluğu danışmağa mane olmaqla yanaşı, narahatlıq da yaradır və diş minəsinin demineralizasiyasına səbəb olur. Bu isə kariyesin və periodont iltihabının inkişafına gətirib çıxarır. Bundan əlavə, ağızın selikli qişasında iltihab və hər yemək zamanı ağrı da baş verə bilər.
Həkim qeyd edib ki, həkimə müraciət edilməli digər simptom isə davamlı və ya tez-tez yaranan ağız qoxusudur. “Əgər bu problem dişlər diqqətlə təmizləndikdən sonra da qalırsa, bu, infeksiya səbəbindən bəzi dişlərin iltihabı və ya dağılması ilə əlaqəli ola bilər. Bundan başqa, ağız qoxusu həzm problemləri, mədə və ya bağırsaq fəaliyyətində pozuntular zamanı da yarana bilər”, — deyə Minko xəbərdarlıq edib.
Aytəkin TOFİQQIZI