Ağızdakı yaraları sağaldacaq təbii vasitələr | Icma.az
Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Ağız yaraları ağzın içərisində yaranan toxuma xəstəliyidir.
Bir çox yaranma səbəbi olan narahatedici və ağrılı ağız yaralarının sağalma müddəti bəzən çox qısa, bəzən isə uzun ola bilər.
Lakin bu toxuma pozğunluqlarının meydana gəlməsinin bir neçə səbəbi var.
Bunlardan bəziləri belədir: Ağız boşluğunun gigiyenasına lazımi diqqət yetirilmədikdə və qayğı göstərilmədikdə ağız yaraları yarana bilər.
Dişləri müntəzəm fırçalamaqla yanaşı, gün ərzində ağzı tez-tez yumaq və qarqara ağız sağlamlığını qorumağa kömək edər.
Həddindən artıq isti və ya soyuq yemək və içkilərin istehlak edilməsi ağız yaralarına səbəb ola bilər.
Yoluxucu xəstəliklərə tutulanda orqanizmin müqaviməti azaldığı üçün ağızda yaralar yarana bilər Antibiotiklərin uzun müddətli və müntəzəm istifadəsi ağız yaralarına səbəb ola bilər Çox yağlı, şəkərli, turşulu qidalar qəbul etmək, bir sözlə, qeyri-sağlam qidalanma nəticəsində ağızda yaralar yarana bilər.
Stress, depressiya, həddindən artıq narahatlıq da ağız yaralarına səbəb ola bilər.
Tam oxu
Xəbəri oxu