Ağlaşma verilişlər reytinq verirdi

18.07.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Kanallarda şou verilişləri dayandı, ancaq ağlaşma. Getməyəndə deyirlər, yekəxanasan. Gedib zarafat da etmək olmur. Əvvəl komediya, indi ağlaşma reytinq verir. Düzdür, ağlaşma verilişlərini bağladılar".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Antaklosku" yutub layihəsində deyib. Aktyor verilişlərə getməməsindən danışıb.

Elməddin Azərbaycanda film sənayesinin vəziyyətindən gileylənib. O bildirib ki, son illər kino sahəsində ciddi problemlər yaşanır:

"Son vaxtlar film çəkilmir. Film sahəsi çöküb. Dramaturq, ssenari çatışmır. Hər şeydən nəsə çatışmır: ssenari, operator, aktyor. Operatorlar fokus tuta bilmir. Tamaşaçı da gəlmir. Əvvəldən də belə idi. İndi "Netflix" daha sərfəlidir. 20 manat verib bir ay filmə baxa bilirsən. Amma kinoteatrda 20 manata alınmır. Azır 40 manat xərcləyirsən".

Sənətçi kinoya marağın yenidən artması üçün keyfiyyətli ssenarilərin və peşəkar kadrların yetişdirilməsinin vacib olduğunu vurğulayıb.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью