Ağlayaraq ölən uşaqların sayını açıqladı VİDEO

13.03.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna hərbçilərinin Rusiyaya hücumu nəticəsində yaralanan və həlak olan uşaqların sayını açıqlayıb. 

"Unikal" xəbər verir ki, diplomat çıxışı zamanı göz yaşlarına hakim ola bilməyib. 

"Belqorod vilayətində 88 uşaq yaralanıb, Kursk vilayətində 12 uşaq ölüb, 4 uşaq yaralanıb. Bunlar Kiyevi üçün məzar daşına çevriləcək statistik məlumatlardır”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Qeyd edək ki, 2022-ci ilin fevralın 24-də başlayan müharibədə Ukrayna tərəfdən 550-dən çox uşaq həyatını itirb, minlərlə azyaşlı yaralanıb. 

Gülayə Mecid 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью