“Ağqara” günlər

04.11.2024

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neftçi” Azərbaycan Premyer Liqasında növbəti dəfə uduzub. “Ağ-qaralar” XII turda azarkeşləri önündə “Araz-Naxçıvan”la bacarmayıb – 0:1.

Samir Abasovun gəlişindən sonra birinci matçda “Səbail”ə qalib gələn “Neftçi”də fanatlar yenidən ümidləndi. Komanda geri qayıdır, oyun tempi artıb və qələbələr də yavaş-yavaş sıralanacaq düşüncəsində olanlar az deyildi. Lakin daha sonra “Sabah”la səfərdə dişsiz oyun, ardınca “Neftçi Arena”da “Araz-Naxçıvan”a məğlubiyyət yenidən sualları gündəmə gətirib.

“Neftçi” “Araz-Naxçıvan”la oyunda qol vurmaq bir yana, demək olar, real qol şansı belə yarada bilmədi. Sürətli hücumlarla irəli çıxan “ağ-qaralar” epizodları tamamlamaq sarıdan ciddi sıxıntılar yaşayır. Hücumun mərkəzində topsuz qalan Dembo Darbo effektiv ola bilmir. Cinahlarda Kilan Lebon və Ramil Şeydayev fərq yaratmağa çalışır, lakin bunlar da nəticə vermirdi. “Neftçi”də oyunçular arasında ciddi anlaşılmazlıq sezilir. Hərçənd, yeni transferlərin uyğunlaşması üçün ehtiyac olan zaman geridə qalıb, amma problemlər bitməməkdədir.

“Araz-Naxçıvan” isə uğurlu seriyasını davam etdirir. Turnir cədvəlində “üçlük”də möhkəmlənən Elmar Baxşıyevin yetirmələri 4-cü “Zirə” ilə xal fərqini 7-yə yüksəldib. Bu mövsüm yeganə məğlubiyyətini “Qarabağ”la oyunda alan naxçıvanlıların performansı təqdirəlayiqdir. Xüsusilə oyun intizamı ilə seçilən komanda mövsümün ən yaxşılarındandır.

Kamil Əhməd

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi”də 14 il sonra ayrılıq

3 Noyabr 2024, 16:35

Əsas xəbərlər, Ölkə futbolu “Araz-Naxçıvan”ın legioneri: “Qollarımın ardı gələcək”

2 Noyabr 2024, 9:50

Əsas xəbərlər, Premyer liqa Elmar Baxşıyev: “Qaraya hər dəstəyi verməyə hazırıq”

1 Noyabr 2024, 22:54

Əsas xəbərlər, Premyer liqa Tovuzda heç-heçə, “Neftçi” uduzdu

1 Noyabr 2024, 22:26

Əsas xəbərlər, Premyer liqa “Neftçi” – “Araz-Naxçıvan”: heyətlər məlum oldu

1 Noyabr 2024, 19:54

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi”nin 6 futbolçusu “Araz-Naxçıvan”la oyunu buraxacaq

31 Oktyabr 2024, 17:24

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью