Ağqaralar şirlərə qarşı | Icma.az
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün keçiriləcək bir oyunla Premyer Liqada XIII tura start veriləcək.
Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Şamaxı"nı qəbul edir.
Turnir cədvəlində qonşu olan komandaların görüşü maraqla gözlənilir.
"Ağ-qaralar" bu gün qalib gələcəyi halda "şirlər"lə xallarını bərabərləşdirəcək.
Qonaqlar meydandan 3 xalla ayrılacağı təqdirdə isə təhlükəli zonadan bir qədər uzaqlaşacaq.
Qeyd edək ki, Zəfər Gününə təsadüf edən qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək. Misli Premyer Liqası II dövrə, XIII tur 15:00.
"Neftçi" - "Şamaxı" Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Nicat İsmayıllıVAR: Cavid CəlilovAVAR: Kamran BayramovHakim-inspektor: Babək QuliyevAFFA nümayəndəsi: Elgiz AbbasovBakı.
Tam oxu
Xəbəri oxu