Icma.az, Saglamolun portalına istinadən məlumat verir. TİBBDƏ MARAQLI HADİSƏŞotlandiyada həkimlər xəstəni ağrıya qarşı qoruyan genetic mutas
65 yaşlı qadın artroz diaqnozu ilə klinikaya gəlib və o, ümumi anesteziya altında əl oynaqlarından planlı əməliyyat olunub.
Reabilitasiya dövründə xəstənin ağrıkəsicilərə ehtiyacı olmayıb.
Halbuki əməliyyat sonrası güclü ağrılar olmalı imiş Həkimlər qadından əvvəlki xəstəlikləri barədə soruşduqdan sonra onun artıq eyni üsulla bir neçə əməliyyat keçirdiyini və hətta dişlərini narkozsuz müalicə etdiyini öyrəniblər.
Ancaq nədənsə, nə onun əvvəlki həkimləri, nə də özü buna diqqət etməyib.
Tədqiqatçılar qadının genomunda ağrıya qarşı həssaslıqla əlaqəli nadir mutasiya aşkar ediblər.
Hazırda elm adamları oxşar mutasiyaya malik insanlar üçün genetik məlumat bazalarını axtarmağa başlayıb və Kolumbiyada ən azı bir belə insan tapdılar.
Siz də ağrı hiss etmirsinizsə, araşdırmada könüllü ola bilərsiniz.