“Ağrı, ümid və final anı” Bəhlul Mustafazadə qələbə qolundan yazdı

23.01.2026

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə “Ayntraxt”la oyunda vurduğu həlledici qolla bağlı sosial şəbəkədə paylaşım edib.

Globalinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu paylaşımına “Pain, hope and final moment” (“Ağrı, ümid və final anı”) ifadəsini əlavə edib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda Almaniyanın “Ayntraxt” klubu ilə keçirilən qarşılaşmada Mustafazadə 90+4-cü dəqiqədə komandasının üçüncü qolunu vuraraq “Qarabağ”a qələbə qazandırıb.

Qeyd edək ki, Ağdam təmsilçisi növbəti oyununu yanvarın 29-da keçirəcək. “Qarabağ” həmin tarixdə İngiltərənin “Liverpul” klubu ilə üz-üzə gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью