“Ağrı, ümid və final anı…” Video

23.01.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə sosial şəbəkə hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı futbolçu UEFA Çempionlar Liqasının (ÇL) liqa mərhələsinin 7-ci turunda Almaniyanın “Ayntraxt” klubuna 90+4-cü dəqiqədə vurduğu qələbə qolunun (3:2) görüntülərini izləyiciləri ilə bölüşüb.

Bəhlul paylaşımına “Pain, hope and final moment” (Ağrı, ümid və final anı) qeydini əlavə edib. 

Xatırladaq ki, “köhlən atlar” bu qələbə sayəsində xallarının sayını 10-a çatdıraraq turnir cədvəlində 18-ci pilləyə yüksəlib.

Onu da bildirək ki, komandamız liqa mərhələsinin sonuncu oyununu yanvarın 29-da səfərdə “Liverpul”a qarşı keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью